Ramil Usubov Tacikistana səfərə gedib - SƏBƏB

img

28-06-2017 [11:05]


Azərbaycanın daxili işlər naziri Ramil Usubov Tacikistana səfərə gedib.

Mia.az xəbər verir ki, o, MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının paytaxt Düşənbədə keçiriləcək növbəti iclasında iştirak edəcək.

Bu gün keçiriləcək iclasda iştrak etmək üçün Tacikistan paytaxtına, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanın DİN rəhbərləri də gəlib.

İclasda cinayətkarlıqla mübarizə, əməliyyat-axtarış fəaliyyətinin aktual problemləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdə, həmçinin əvvəllər beynəlxalq terrorçuluq, ekstremizmin digər təzahürləri, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə və digər birgə hüquq-mühafizə tədbirləri üzrə qəbul olunmuş qərarların icrasının gedişatı nəzərdən keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA