?Azərbaycanda təhsil alan Borçalı əsilli tələbələrin problemləri? mövzusunda tədbir keçirilib

img

22-07-2010 [05:53]


?Borçalı? İctimai Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Borçalıda yaşayan soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası prosesinin sürətlənməsində Azərbaycanda təhsil alan Gürcüstanlı tələbələrin rolu və iştirakı? layihəsi çərçivəsində 22 iyul 2010-cu il tarixində ?Azərbaycanda təhsil alan Borçalı əsilli tələbələrin problemləri? mövzusunda tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə ?Borçalı? Cəmiyyətinin Sədri Zəlimxan Məmmədli, fəlsəfə doktoru Şahbaz Şamooğlu, kimyaçı alim Aydın Paşacanov, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəsmi nümayəndəsi Gülsəba Ələsgərova və 30-a yaxın Borçalı əsilli tələbələr iştirak etmişdir. Ziyalılarımız Azərbaycanda təhsil alan soydaşlarımızın problemlərinə toxunub, onların həlli istiqamətində çıxışlar etmiş, onları Gürcüstan cəmiyyətinə savadlı, intellektual kadr kimi formalaşıb inteqrasiya etməsinin zəruriliyini çatdırmışlar. Tədbirdə həmçinin Borçalı Cəmiyyəti Gənclər Təşkilatının İH-nin üzvləri Şahnaz Həsəsnova, Nadir Məmmədli, Elvin Yadigarov bu mövzu ətrafında çıxışlar etmişlər. Və sonda 27 yaşında iqtisadiyyat sahəsi üzrə fəlsəfə elmləri namizədi alimik dərəcəsi almış Anar Paşacanov və bu il ali təhsilini başa vurmuş Borçalı əsilli tələbələrə Cəmiyyətin diplom və təbriknamələri təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA