Bakının bəzi ərazilərində elektrik enerjisi niyə kəsilib? – Rəsmi açıqlama

img

27-06-2017 [14:51]


"Azərişıq” ASC bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatının kəsilməsinə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report”a bildirib ki, işıqların kəsilməsi müvəqqəti olub.

"Təchizatın kəsilməsi qış rejimindən yay rejiminə keçməyimizlə bağlıdır. Bundan başqa, bəzi kabellərdə zədələnmə olmuşdu. Laboratoriyanın onların yerini müəyyən etməsi də müəyyən qədər vaxt apardı, buna görə də, elektrik enerjisinin verilişində fasilə yarandı. Hazırda vəziyyət normallaşıb, paytaxt problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur”, - deyə o, qeyd edib.

Qeyd edək ki, bu gün paytaxtın Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Hətta bəzi işıqforlar da işləməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA