27-06-2017 [14:01]
Azərbaycanda həkim səhlənkarlığı, savadsızlığı üzündən daha bir faciə baş verib. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının cərrahı Çingiz Həsənov ayağı qırılan xəstəni əməliyyat edərkən səhvən arterial damarı kəsib.
Qanaxma nəticəsində rayonun Qiyaməddinli kənd sakini, 59 yaşlı Zahid Quliyev həyatını itirib.
Mərhumun qardaşı Əmrah Quliyev BakuPost.az-a deyib ki, ayağı sınana qədər Z.Quliyevin heç bir xəstəliyi olmayıb. Həyətlərində təsərrüfat işləriylə məşğul olduğu vaxtda hündürlükdən yıxılıb və ayağı iki yerdən sınıb: "Hadisə baş verən gün – ayın 21-də dərhal qardaşımı xəstəxanaya çatdırdıq. Çingiz həkim baxıb dedi ki, qorxulu heç nə yoxdu. İki gün sonra isə əməliyyata ehtiyacın olduğunu bildirdi. Həyatı üçün təhlükə olub-olmadığını soruşanda güldü və dedi ki: "siqaret çəkmir, araq içmir, sapsağlam adamdı, nə problem olacaq ki? Xırda əməliyyat olacaq, mil qoyacağıq”. Əməliyyata girəndən təxminən iki saat sonra çıxıb təcili 150 manat pul lazım olduğunu bildirdi. Səbəbini soruşanda Bərdədən təcili həkim briqadasını çağırdığını dedi. Razılaşdıq. Bərdədən həkimlər gəldi, amma nəticə olmadı. Sən demə, onlar gələnə kimi qardaşım keçinibmiş”.
Ə.Quliyev bildirib ki, həkim əməliyyat otağından çıxanda üst-başı tamam qan imiş: "Həkim məndən pul almağa çıxanda qanın içindəydi. Sonra əməliyyat otağına girəndə gördüm ki, otaq qan gölüdür. Sən demə, qardaşımın arterial damarını kəsib, qanı saxlaya bilməyib”.
Əlavə edib ki, Ş.Həsənovun ölümünü onlardan 7 saat gizlədiblər. Məsələ bilindikdən sonra həkimlə mərhumun ailə üzvləri arasında dava düşüb. Hadisə yerinə polis cəlb edilib.
Ölüm hadisəsiylə bağlı Ağcabədi Prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı həkimin özü əlaqə yaratmaq mümkün olmayıb. Xəstəxananın baş həkimi Azad Hüseynov də telefonlara cavab vermir.
Xəstəxananın baş həkiminin müavini Əli İbadov BakuPost.az-a hadisəni təsdiqləsə də, burada təəccüblü heç bir işin olmadığını bildirib: "Həmin xəstə sadəcə əməliyyatdan çıxmayıb. Belə hallar olur da...”
Hadisədə həkim səhvinin olub-olmamasıyla bağlı suala isə belə cavab verib: "Siz yaxşı olar ki, o biri müavinə zəng edəsiz. Çox danışa bilmirəm. Bakıdayam, maşın sürürəm, bu dəqiqə məni cərmələyəcəklər...”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi