Keçmiş icra başçısı xiyar yetişdirir - Oğlu isə istixanaya nəzarət edir

img

24-06-2017 [14:51]


Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov istixana biznesinə başlayıb.

Mia.az ölkə.az-a istinadən xəbər verir ki, Tahir Kərimov Salyan rayonunun Qaraçala qəsəbəsində istixana kompleksi inşa etdirib. Bir neçə hektarlıq ərazidə salınan istixanada pomidor və xiyar becəriləcək. 

Əldə etdiyimiz məlumata görə, sözügedən istixanaya Tahir Kərimovun oğlu nəzarət edir. 

Xatırladaq ki, Tahir Kərimov Prezident İlham Əliyevin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA