Sabah II qrupun 28072 abituriyenti imtahan verəcək

img

22-07-2010 [11:40]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirəzək. TQDK-dan verilən məlumata görə, qəbul imtahanları Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılacaq. 2010-cu ildə II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda ? saat 11:00-da başlanacaq və 3 saat çəkəcək. Abituriyentlər iyulun 18-dən etibarən TQDK-nın internet saytına daxil olaraq ?İmtahana buraxılış vərəqəsi?ni çap edib götürürlər. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet sytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA