Oqtay Əsədov parlament sədrlərinin ümumdünya Konfransında çıxız edib

img

21-07-2010 [05:59]


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov parlament sədrlərinin 3-cü Ümumdünya Konfransında çıxış edib. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, O.Əsədov çıxışında bəşəriyyətin böyük sınaqlar qarşısında olduğunu deyib. Dünyada maliyyə böhranı, terrorçuluq, təcavüzkar separatizm, insan alveri, narkotiklərin yayılması, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi və digər qlobal problemlərin vüsət aldığına diqqət çəkən O. Əsədov, bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmağın mümkün olduğunu vurğulayıb: ?Sadalanan çağırışları dəf etmək üçün biz həm ölkələr olaraq fərdi, həm də dünya birliyi olaraq kollektiv məsuliyyət daşıyırıq. Demokratiyanın təmin edilməsi problemlərin həllində müstəsna əhəmiyyət daşıyır. Bəşəriyyətin ən dəyərli nailiyyətlərindən olan demokratiyanı bəşəriyyətin dəyərli kəşflərindən olan parlamentsiz düşünmək mümkün deyil?. Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edib. O, konfransın yekununda qəbul olunacaq bəyannamə layihəsinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyini bildirib. Müzakirələrdən sonra konfransın Bəyannaməsi qəbul edilib və bununla da 3 günlük konfrans başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA