Müdafiə Nazirliyinin qarzısında etiraz aksiyası keçirilib

img

21-07-2010 [04:28]


Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü şəhid gizir Mübariz İbrahimovun meyitinin geri qaytarılması tələbi ilə Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin binası qarşısında ?Qəhrəmanın cəsədini döyüşlə qaytarmalı!? və digər şüarlar səsləndirilib, plakatlar qaldırılıb. Müdafiə nazirinin müavini, polkovnik Vaqif Məmmədov və mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu aksiya iştirakçılarının qarşısına çıxaraq nazirliyin bu istiqamətdə gördüyü işlərlə bağlı onlara məlumat veriblər. QAT üzvləri isə öz növbələrində hələ də nəticənin olmamasından narazılıqlarını bildirərək konkret və qətiyyətli tədbirlərin görülməsini tələb ediblər. Qeyd edək ki, QAT üzvləri bu gün saat 12:00 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi qarşısında toplaşaraq bu qurumun Bakı nümayəndəliyinin bağlanılması tələbi ilə çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA