Vergi öhdəliyindən kimlər azad edildi? - Prezident qərarı təsdiq etdi

img

21-06-2017 [19:16]


Prezident İlham Əliyev Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarı təsdiq edib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.4.2-ci maddəsinə "hallarda” sözündən sonra ", habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə” sözləri əlavə edilib.

Qeyd edək ki, 77.4-cü maddə vergi öhdəliyinə xitam verilmə hallarını nəzərdə tutur. Beləliklə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları silinmiş şəxslər vergi öhdəliyindən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA