Sabahdan bulvar bileti olan insanlar üçün açıq olacaq - Rəsmi

img

21-06-2017 [18:23]


Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı işlər plana uyğun həyata keçirilir.

Bunu özəl olaraq Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, artıq Formula 1-in rəsmiləri, komandalar, xarici media nümayəndələri Bakıya gəlir: "Yarışın keçirilməsi üçün lazım olan bütün avadanlıqlar artıq Bakıya gətirilib”.

N.Arpadarai əlavə edib ki, Dənizkənarı Bulvar ərazisində yarışma ilə bağlı bütün əyləncə vasitələri quraşdırılıb: "Sabahdan etibarən o zona bileti olan insanlar üçün açıq olacaq. Hələ ki, hər şey normal qaydada gedir. Cümə günündən etibarən konsertlər başlayacaq və 3 gün ərzində davam edəcək”.

Qeyd edək ki, iyunun 23-25-də Bakıda Formula 1 yarışları keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA