Mobil nömrələrin yenidən çıxarılması pullu oldu - Qiymətlər

img

21-06-2017 [11:15]


Bu gündən etibarən fakturasız (SimSim) xətt sisteminə aid ləğv edilmiş nömrələrin bərpa əməliyyatı ödənişli olacaq. 

Trend-in məlumatına görə, xidmət haqqı 1 (bir) AZN təşkil edəcək.

Qeyd edək ki, əgər nömrə adınıza rəsmləşdirilibsə, bərpa əməliyyatı üçün 5 AZN nominallı danışıq kartı ilə yaxınlaşmalısınız. Həmin məbləq balansa yüklənilir.

Əgər nömrə digər şəxsin adına rəsmləşdirilibsə, o zaman (050) prefiksli nömrələr üçün 20 AZN, (051) prefİksli nömrələr üçün isə 10 AZN dəyərində danışıq kartı ilə ofislərə müraciət olunmalıdır. Bərpa olunacaq nömrə adınıza rəsmləşdirilir və təqdim etdiyiniz danışıq kartı həmin nömrənin balansına yüklənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA