Aprel döyüşlərinin qəhrəmanı: Prezident onu mükafatlandırdı - VİDEO

img

20-06-2017 [23:24]


Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Mia.az azvision.az-a istinadən xəbər verir ki, ölkə başçısının mükafatlandırdığı hərbçilər arasında aprel döyüşlərində şüracət göstərən gizir Əli Eynullayev də var. O, "İgidliyə görə” medalı ilə təltif edilib.

1987-ci ildə Biləsuvar rayonunda anadan olan gizir Eynullayev ötən ilin aprelində Tərtər istiqamətində, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirib. O, hərəkət etməkdə olan tankın önünə keçərək, döyüşə-döyüşə tankı arxasınca erməni postu istiqamətinə aparıb və ordumuz həmin postu ələ keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA