"Bu, bir uğur hekayəsidir..." - Poroşenko Ağ Evdə Trampla bir araya gəldi, mühüm mesajlar verildi

img

20-06-2017 [22:20]


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Poroşenkonu qəbul edib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Ukraynanın şərqindəki münaqişə və ölkədəki islahatlar müzakirə olunub. 

Görüşlə bağlı Ağ Evdən verilən yazılı açıqlamada iki liderin Ukraynadakı separatçılarla yaşanan münaqişənin sülh yolu ilə həll olunması, ölkədəki korrupsiya ilə mübarizə və qarşılıqlı işbirliyinin davam etdirilməsinin qərara alındığı xüsusi vurğulanıb. 

Poroşenko ilə görüşünün çox məhsuldar olduğunu deyən Tramp iki ölkə arasındakı münasibətlərin daha geniş və dərin müzakirə edildiyini açıqlayıb və bir çox sahələrdə əməkdaşlıqlarının daha uzağa gedəcəyinin mesajını verib.

Poroşenko isə qısa açıqlamasında demokratiya və azadlıq üçün mücadilə etdiklərini deyərək, ABŞ kimi dəyərli bir müttəfiqlərinin olmasından məmnunluq duyduğunu vurğulayıb "Bu, bir uğur  hekayəsidir və bu hekayənin dəstəkçiləri olaraq sizi (Tramp) və ABŞ-ı yanımızda görməkdən qürur duyuram".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA