Gəncədə 38 yaşlı kişi özünü yandırdı - Prokurorluq səbəbi araşdırır

img

20-06-2017 [20:15]


Gəncə sakini özünü Təcili Tibbi Yardım Məntəqəsinin həyətində yandırıb.
 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bala Bağman məhəlləsi ərazisində baş verib. Özünü yandıran şəxsin anası oğlunun ruhi xəstə olduğunu bildirib. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

***
Gəncə şəhərində yerli sakin özünü yandırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1979-cu il təvəllüdlü  Azər Fəxrəddin oğlu Hacıyev üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan A.Hacıyev Xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. 

Onun psixoloji problemlərinin olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA