ANAMA-dan partlayışda yaralanan iki əməkdaşı haqda - Açıqlama

img

20-06-2017 [16:06]


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iki əməkdaşının Türkiyədə mina partlaması nəticəsində yaralanması barədə açıqlama yayıb.

Mia.az Agentliyə istinadən bildirir ki, ANAMA Türkiyədə minatəmizləmə işləri aparan "MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatları yerinə yetirir:

"19 aprel 2017-ci il tarixdən etibarən indiyə qədər əməliyyatlar zamanı ANAMA-nın mütəxəssisləri tərəfindən minlərlə mina aşkarlanaraq zərərsizləşdirilib.

20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina atəşi baş verib və hadisə zamanı agentliyin iki nəfər əməkdaşı Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya aparılıb və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların həyat və sağlamlıqları üçün hər hansı təhlükə yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA