Hidayət Orucov: "Dini duruma qanunsuz yollarla müdaxilə olunmasının qarzısı alınır"

img

21-07-2010 [11:25]


?Ölkədə dini durum sabit və normaldır. Dövlətimiz öz vətəndaşlarının vicdan azadlığını tam təmin edir, dini duruma qanunsuz yollarla müdaxilə olunmasının qarşısını alır?. Bu fikirləri YAP-ın rəsmi saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. H.Orucov qeyd edib ki, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, əsrlərdir mövcud olan tolerantlıq mühitinin qorunub saxlanılması, dini konvenssiyalar və icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, dini dözümsüzlük meyillərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir. Komitə sədrinin sözlərinə görə, ölkəmiz tarixən sivilizasiyaların qovşağı olduğu üçün burada dünyanın böyük dinləri yayılıb, etnik-dini dözümlülük düşüncəsi formalaşıb. ?Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, ayrı-ayrı din mənsubları dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu hissin formalaşmasında tale ümumiliyinin də böyük rolu olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və İslamın böyük xidmətləri vardır. Ölkəmiz tarix boyu qüdrətli dövlətlərin maraq dairəsinə düşdüyündən, dünyagörüşlərindəki fərqlərə baxmayaraq, burada yaşayan xalqlar arasında yaxınlaşma, ümumi birlik olub? deyə H.Orucov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA