19-06-2017 [10:46]
Ölkədə qeyri-sabit hava şəriait davam edir. Hazırda yay fəslinin ilk ayını yaşadığımızı nəzərə alsaq, ölkə üzrə düşən yağıntının miqdarı da artıb.
Hətta bəzi rayonlara dolu yağaraq, kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurub. Bəs görəsən bu cür hava şəraitinin davam etməsi hansı məhsullar üzrə məhsuldarlığı azaldacaq? Hava şəraiti qiymətlərə necə təsir gösətərəcək?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Müslüm İbrahimov bildirdi ki, bu yağışlar meyvə-tərəvəin qiymətinə elə də böyük təsir etməyəcək: "İstər-istəməz mövsüm amili var və kənd təsərrüfatı məhsullarının istehsalı davam edir. Yağışların olması müəyyən dərəcədə ziyan vursa da böyük bir təsiri ola bilməz. O baxımdan qiymətlərdə də öz əksini tapmayacaq. Bəzi ağaclarda çiçəkləmə dövrü getdiyindən yağışlar onlara mənfi təsir edə bilər. Ancaq digər tərəfdən torpağın münbitliyi daha da artır. Bizim regionumuzda su qıtlığı olduğunu nəzərə alsaq, yağışların yağması torpağın münbitliyinin artırılması baxımından müsbət hadisədir. Sadəcə, mövsüm baxımından meyvə ağaclarına pis təsir edə bilər. Bu mənada yığımın vaxtında aparılması olduqca vacibdir”.

Ekspert hesab edir ki, hal-hazırda yetişən məhsulların qiymətləri daha da aşağı enə bilər: "Çünki yağıntılı hava şəraiti davam etdiyindən fermerlə məhsulu tez yığmaq məcburiyyətində qala bilərlər”.
Taxılın məhsuldarlığına gəlincə, M.İbrahimov bildiridi ki, yağışlar bu məhsulun yığımına mənfi təsir edir: "Bu sahədə sığorta şirkətlərinin işləməsi çox yaxşı olardı. Sığorta olsaydı, bu kimi strateji məhsulların qiymətini tənzimləmək mümkün olardı. İndiki mərhələdə taxılın biçilmə dövründə yağışın yağması məhsuldarlığa mənfi təsir göstərəcək. Ancaq bu situasiyanı aradan qaldırmaq üçün tezliklə sığorta sisteminin işə salınmasına ehtiyac var”.
Yağıntı miqdarının artmasının ot qıtlığına səbəb olacağı ehtimalı üzərində dayanan ekspert vurğuladı ki, uzun illər heyvandarlığın yem bazasının formalaşmasına çox az diqqət yetirildiyindən, yem qıtlığı Azərbaycanda hər zaman olub: "Aqrar sahədə görülən bütün işləri götürsək, yem bazasının təkmilləşdirilməsi ilə bağlı çox az normativ sənədlər var. Bu sahəyə çox az diqqət yetirilir. Hazırki yağışların təsirinə gəlincə, yem bazasında yer alan ot növləri su sevəndirlər, yağışlardan sonra onların məhsuldarlığı üçün daha münbit şərait yaranır. Ot qıtlığı ona görə baş verə bilər ki, yem üçün ayrılan otlaq sahələri digər kənd təsərrüfatı məhsullarının əkini üçün istifadə edilib. Hökumət digər yem növlərinin istehsalına başlamalıdır, kombikorm sənayesi hazırlanmalıdır. Əgər hər rayonda bir kombikorm zavodu olsa, silos və kombikormun hazırlanması üçün texnologiya yaradılsa, yem fondu yaranmış olar və qıtlıq yaşanmaz”.

Ekoloq Telman Zeynalov isə qəzetimizə açıqlamasında bu yayın sərin keçəcəyini bildirdi: "Mən 5 ay öncədən də bildirmişdim ki, bu yay sərin və soyuq keçəcək. Çünki bu il qış çox sərt keçdi, bəzi dağlarda 4-5 metrə qədər qar yağmışdı. Ona görə yay da sərin keçəcək. Məhsuldarlığa təsirinə gəlincə, bir neçə rayonda havanın soyuq olması o demək deyil ki, bütün ölkə ərazisində yay sərin keçir. Şimal küləyi əsasən ölkənin şimal zonasını tutur. Orada əsasən taxılçılıq və meyvə becərilir. Meyvələrin də əksəriyyəti artıq yetişib. Ola bilər ki, yetişməyən meyvələri dolu vurub dağıdır. Bu halda qiymətlər qalxacaq. O cümlədən taxılın da qiyməti qalxa bilər. Taxıl biçini isə iyunun 15-ə kimi yekunlaşmalı idi”.
Ekoloq xarici ölkələrdəki hava şəraitinin də taxılın qiymətini diqtə edəcəyini diqqətə çatdırdı: "Ancaq bir məsələ də var ki, biz taxılı təkcə ölkədə istehsal etmirik. Xaricdən, əsasən də Ukraynadan, Rusiyadan taxıl alırıq. Ona görə də, xaricdəki hava şəraitin də nəzərə almalıyıq. Ukraynanı, Rusiyanın cənub hissəsini də dolu vurmuşdu. Orada da leysan yağır, sel basır. Bu amillərdə də var. Deməli, Rusiyadan idxal olunan taxılın da qiyməti qalxa bilər. Bir neçə ölkədə bu cür dolu yağmasını onunla izah edirlər ki, buzlaqlar əriyir, bir neçə ölkədə qasırğa və sel fəlakəti ola biolər. Bu isə o deməkdir ki, kimsə meteroloji silahlardan istifadə edir. Çünki bilirlər ki, buzlaqlar əriyirsə, Şimal Buzlu okeandan su Sakit okeana keçəndə su daha soyuq olur və şirinləşir. Nəticədə hər yerə soyuq cərəyan axır. Bundan istifadə edib qasırğaların asyını artırırlar”.
musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi