"6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var" - MN cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

img

17-06-2017 [13:45]


Müdafiə Nazirliyi cəbhədə vəziyyətlə bağlı bəyanat yayıb.

Mia.az-ın məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.

"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. 

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - deyə bəyanatda bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA