16-06-2017 [10:11]
Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat xidməti aparmaq qadağan edilib.
Mia.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən və mayın 19-dan qüvvəyə minən yeni "Yol-patrul xidməti haqqında Təlimat"da əksini tapıb. Ləğv edilən köhnə Təlimata əsasən, patrul və əməliyyat-xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünürdü. Hərəkətə aşkar nəzarət YPX inspektorunun müəyyən olunmuş geyim formasında olmaqla, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmaqla, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durması idi. Xidmətin aparılmasının bu növü YPX-nın əsas funksiyası olaraq preventiv xarakter daşımaqla yol hərəkəti iştirakçılarını hüquqazidd hərəkətlər etməkdən çəkindirirdi. Gizli nəzarət xüsusi rəng qrafikası olmayan xidməti-əməliyyat və digər nəqliyyat vasitələrində mülki geyimdə və ya xidməti geyim formasında olan YPX inspektorları tərəfindən, əsasən sutkanın işıqlı vaxtında aparılırdı.
Bu zaman aşkar olunan qayda pozuntuları barədə YPX inspektoru raport (Təlimata 14 saylı əlavə) tərtib edir ki, bu da nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilirdi. Qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) patrul və əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan və olmayan YPX inspektorları tərəfindən həyata keçirilirdi. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-biri ilə radio-cihaz vasitəsi ilə əlaqə saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürdülər. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına gizli nəzarət formalarından biri YPX inspektorunun mülki geyimdə nəqliyyat vasitəsinin salonunda son dayanacağa qədər gedib, hərəkət yolunda sürücü tərəfindən yol verilən pozuntuların qeydə alınması idi.
Zəruri olduqda, marşrutun sonunda və ya şəhərkənarı yollarda stasionar YPX postunda inspektor tərəfindən inzibati xəta haqqında protokol tərtib olunurdu. Gizli nəzarətin həyata keçirilməsi haqqında qərarı nizami hissənin komandiri, yol polis idarəsinin (şöbəsinin) rəisi və ya onu əvəz edən şəxslə razılaşdırmaqla qəbul edirdi. Yeni Təlimata əsasən isə, YPX inspektoru müəyyən olunmuş geyim formasında olmalı, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş nəqliyyat vasitəsində xidmət aparmalıdır. Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında" qanunla dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.
Qeyd edək ki, Yol-patrul xidməti Dövlət Yol Polisi qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi