15-06-2017 [19:12]
Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan İstanbula doğru bugünlük böyük etiraz yürüşü digər müxalif partiya olan MHP-nin liderinin qəzəbinə səbəb olub.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP lideri Dövlət Baxçəli CHP-li deputat Enis Berberoğlunun həbsindən dərhal sonra ayağa qalxanları pisləyib:
"Deputatla bağlı qərarın ardından CHP tələsik ayağa qalxıb, qiymət qoparıb. Ədalət Ankara və İstanbul arasındakı uzun yolda deyil, birbaşa millətimizin iradəsindədir, Türk dövlətinin ruh kökündədir".
MHP lideri deyib ki, Türkiyə hazırda bitmək bilməyən hücumların, dərin tələlərin, maskalı əməliyyatların hədəfindədir:
"Baxın, Misir prezidenti Sisinin təklif və çağırışı ortadadır. O, "Türkiyəyə də Qətər kimi sanksiya tətbiq edilsin" deyir. Bu çevrilişçi prezidenti belə əsassız çağırışına görə şiddətlə qınayıram. Bəli, elə bir gün yoxdur ki, millətimizi qayğılandıran, pessimizmə yuvarlayan hadisə və oyunlar olmasın. Kriz tətikçiləri, xaos həvəsliləri davamlı fəaliyyətdədirlər. Belə bir zamanda küçələrin nəbzinə oynamaq, ədalət bəhanəsi ilə pusquda dayanan bəzi qaranlıq şəbəkələrə fürsət vermək Türkiyənin məhvinə dəstək olmaq, göz yummaqdır. Bu gün haqq axtarışı, hüquqi mübarizə zamanı duyğusal təpki və şüursuz aksiyalardan qaçmaq əsas şərtdir. Ədalət yolda tapa biləcəyimiz itmiş əşya, gəzərkən ayağımıza dəyəcək kömür deyil. Bunu bilməmək isə cəhalətdir. Atalarımız boşuna deməyib ki, ağılsız başın cəzasını ayaqlar çəkər.Hər kəs səbrli, soyuqqanlı olmalıdır".
MHP lideri daha sonra deyib ki, seçkidə arzuladığı nəticəni ala bilməyənlərin küçələrə çıxması məkrli plandır:
"15 iyuldan sonra milli müqaviməti yıxmaq, parlayan millətin dirəncini qırmaq və revanşı almaq üçün bugünkü yürüş qaranlıq mərkəzlərdə planlanıb. Ankaradan İstanbula ədalət üçün yürüyən cənab Kılıcdaroğlu ya istifadə olunmaqdadır, ya da ölkəmizə qarşı qurulan tələnin aktiv iştirakçısıdır...".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi