15-06-2017 [12:03]
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilmiş həftəlik brifinqdə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana və Azərbaycana səfərindən sonra bu qrupun Rusiya nümayəndəsi rəsmi şərhlə çıxış edəcək.
Fransanın xarici işlər nazirinin Moskvaya səfərindən danışan M.Zaxarova ehtimal edib ki, danışıqlar vaxtı Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq.
"Biz həmkarlarımızla həm də bu məsələ barədə dialoq aparırıq. Ona görə də məsələnin müzakirəsi istisna olunmur”, - deyə o bildirib.
M.Zaxarova, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "Dağlıq Qarabağ məsələsi BMT-nin 4 qətnaməsi əsasında həll edilməlidir” bəyanatını da şərh edib:
"Rusiya Qarabağ münaqişəsi üzrə kompromis tapılması üçün hər şey edir. Lakin bu, münaqişə tərəflərinin heç birinin, o cümlədən Dağlıq Qarabağ əhalisinin zərərinə olmamalıdır. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər bir tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın, onların rəsmi nümayəndələrinin, dövlət xadimlərinin öz baxışları var.
Müəyyən olunmuş format mövcuddur ki, bu, həqiqətən köhnə problemin həllində kompromis axtarışını təklif edir. Kompromis axtarışı isə tərəflərin mövqelərinin onların bir-birinə bəzən hətta nə dərəcədə zidd ola bilməsindən asılı olmayan yaxınlaşmadır. Bu, beynəlxalq praktikadır - ilk baxışda həlledilməz kimi görünən məsələlərin həllini diplomatik yolla tapmaq praktikasıdır.
Biz razılaşırıq ki, mövcud vəziyyət münaqişənin həll edilməsini və irəliləməni tələb edir, məhz buna görə də xüsusilə son vaxtlar əlaqələr intensivləşdirilib və müxtəlif formatlarda keçirilir. Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi kompromis tapılması üçün bütün lazım olanı edir”.
"Əlbəttə, istərdik ki, kompromis mümkün qədər tez tapılsın. Lakin bu, iki ölkənin xalqlarının və əlbəttə ki, Dağlıq Qarabağda bilavasitə yaşayan insanların gələcəyinin zərərinə olmasın”, - deyə M.Zaxarova vurğulayıb/Azərtac
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi