Karyeraya “Nədən və Necə başlamalı?”

img

14-06-2017 [21:52]


Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir. 

Mütəmadi olaraq tələbələr üçün təlimlər təşkil edən Mərkəz bu dəfə "Nədən və Necə başlamalı?” şüarı altında görüş keçirib. Azercell Telekom və PAŞA Bankın dəstəyilə Bakı Dövlət Universitetində yaradılmış "Barama Media Mərkəzi”ndə 13 İyunda baş tutan görüşdə "Avto Stop Media” şirkətinin qurucusu və eyni zamanda Azərbaycanda bir çox radio layihələrin rəhbəri Tural Yusifov və "Technote Media”nın gənc yaradıcısı, həmçinin IT sahəsi üzrə geniş təcrübəsi olan Fərid Pərdəşünas tələbələrin qonağı olub. Görüşün məqsədi gənc tələbələrin hələ universitet dönəmindən yaradıcılıq, karyeraya başlamalarına dəstək olmaq, onlar arasında cəmiyyətə faydalı, yüksək iş həyatının qurulmasını təbliğ etmək idi. Ölkənin bir çox universitet tələbələrinin iştirak etdiyi tədbirdə interaktiv diskussiya formatında aktiv müzakirələr keçirilib.

Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA