Komitə sədri əmr verdi - Keçmiş icra başçı müavinin təşkilatı ləğv olundu

img

14-06-2017 [12:48]


Xəbər verdiyimiz kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə qurumun nəzdində fəaliyyət göstərən Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ləğv edilib.

Sözügedən qurumun direktoru Mahmut Qubatov olub. 
O, 2012-2013-cü illərdə Qaradağ Rayon İcra Hakimiyyətində İcra başçısının müavini vəzifəsində çalışıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sədrinin 15 noyabr 2013-cü il 084 saylı Əmri ilə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) direktoru vəzifəsinə təyin edilib(unikal.org).

Mahmud Kamal oğlu Qubatov həmçinin 1991-2000-ci illərdə Bakı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi vəzifələrində çalışıb.

2000-2003-cü illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində şöbə rəisi olub. 2004-2009-cu illərdə Bakı şəhəri Vergilər Departamentində şöbə rəisi, 2009-2010-cu illərdə Vergilər Nazirliyində şöbə müdiri, 2010-2011-ci illərdə Bakı şəhəri Vergilər Departamentində şöbə rəisi və idarə rəisi vəzifələrində çalışıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA