14-06-2017 [12:30]
Rəsmi "Azərbaycan” qəzetinin bugünkü sayında istehlakçıların hüquqları ilə bağlı material yayımlanıb. Həmin yazıda istehlakçı hüquqlarının qorunması ilə məşğul olan dövlət qurumları, xüsusilə İqtisadiyyat Nazirliyi sərt tənqid olunur. Həmin yazıdan bəzi sitatlar təqdim edirik:
"Bütün zamanlarda inkişaf səviyyələrindən asılı olmayaraq bütün ölkələrdə istehlakçı-istehsalçı, istehlakçı-satıcı mübahisələri mövcud olub və indi də var. Ona görə bu gün istehlakçı hüquqlarından söz açanda daha çox iqtisadi sahədə yaranan münasibətlər göz önünə gəlir. Hər bir insanın aldığı məhsulun keyfiyyətini, tərkibini bilmək, ona daha yüksək xidmət göstərilməsini tələb etmək hüququ var. İstehlakçının hüquqlarını qorumağa məsul olanlar ona məhsul və xidmət təklif edən tərəflər, eləcə də bu sahədə dövlət tənzimlənməsini həyata keçirən aidiyyəti orqanlardır”.
***


Ekspert qida təhlükəsizliyi ilə bağlı, xüsusən də şadlıq evlərində böyük problemlərin olduğunu vurğuladı. Bildirdi ki, 20 ildir istehlakçıların hüquqlarının qorunması ilə məşğul olsa da, kütləvi zəhərlənmə hadisəsində sənaye üsulu ilə istehsal edilən malların adının çəkildiyini bir dəfə də olsun görməyib: "İnsan zəhərlənən zaman dərhal səhiyyə orqanlarına müraciət edir. Səhiyyə Nazirliyi əməkdaşları ilk olaraq zərərçəkənin mədəsini yuyurlar. Bununla da işlərini bitmiş hesab edirlər. Bircə dəfə də olsun görməmişik ki, bu cür faktlardan sonra həkim zəhərlənmənin hansı məhsul səbəbindən olduğu ilə bağlı bir sənəd hazırlayıb versin. Bu kağızı ona görə vermirlər ki, həmin məhsulun sahibi Səhiyyə Nazirliyinin özünün verdiyi sertifikatı çıxardıb göstərəcək. Yəni ortada maraqlar konflikti var. Nə qədər ki, insanların sağlamlığının keşiyində duran orqanla sertifikat verən orqan bir-birindən ayrılmayıb, heç kəs cəsarət edib ortalığa bir sənəd qoymayacaq. Hər dəfə də məsuliyyəti istehlakçının üzərinə atacaqlar”.
Qəzet yazır ki, qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı və əməkdaşının iştirakı ilə aparılır.
Digər tərəfdən isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin əsasnaməsində göstərilir ki, qurum antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Xidmətin əsas fəaliyyət istiqamətləri inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və belə pozuntuların aradan qaldırılması üçün tədbirlər görməkdir.

Qəzet yazır: "Lakin mövzu ilə əlaqədar İqtisadiyyat Nazirliyinin sözügedən qurumuna ünvanladığımız suallar günlərdir ki, cavabsız qalır. Nazirliyin mətbuat xidməti tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilsə də, nəticədə istehlakçıların hüquqlarını müdafiə edən qurumdan qida təhlükəsizliyinin necə təmin edilməsi ilə bağlı heç bir mövqe öyrənə bilmədik. Əslində, Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki hazırkı kritik və böhranlı vəziyyəti İqtisadiyyat Nazirliyinin və tabeli qurumunun insanların sağlamlığı üçün belə bir həssas məsələyə biganəliyini və müəmmalı susqunluğunu anlamağa imkan verir.
Bununla belə, artıq qida təhlükəsizliyi sektorundakı neqativləri aradan qaldırmaq üçün oturub tabeli qurumların, yaxud konkret olaraq İqtisadiyyat Nazirliyinin necə addım atacağını gözləməyə lüzum yoxdur. Çünki qida təhlükəsizliyi sahəsində yuxarıda qeyd olunan mövcud prolemlərin həlli məqsədilə Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixdə "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşməsi ilə bağlı əlavə tədbirlərin görülməsi haqqında” fərman imzalayıb. Fərmanda istehsal prosesinin bütün mərhələlərində ərzaq və qida tətlükəsizliyinə sistemli nəzarəti təmin etmək üçün yeni bir qurumun - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulur. Agentliyin yaradılması üçün lazım olan təşkilati-hüquqi məsələlərin həlli məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə səlahiyyətli şəxslərin daxil olduğu Komissiya yaradılıb. Fərmanda eyni zamanda qida təhlükəsizliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, "tarladan süfrəyədək” prinsipi ilə vahid nəzarət mexanizminin yaradılması qarşıya məqsəd kimi qoyulub. Agentliyin gələn ildən fəaliyyətə başlayacağı nəzərdə tutulur.
Gələn ilədək bu sahədə vəziyyəti sağlamlaşdırmaq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları Müdafiəsi üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Onlar isə göründüyü kimi, baş verənləri sakitcə müşahidə etməkdədirlər. Görəsən, bu laqeydliyin və fəaliyyətsizliyin səbəbi nədir?”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi