Azərbaycanda 21 kredit təşkilatı bağlandı - Palatadan qərar

img

14-06-2017 [11:56]


Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
 
Bu barədə Mia.az-a Palatadan məlumat verilib. Məlumatda deyilir ki, bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən "Ağammədli”, "Ağdaş”, "Aqrovest”, ”Balıqçı”, "Bənövşə”, "Buta”, "Fəqan”, "Fidan”, "Girdiman”, "İnkişaf”, "Meridian”, "Mikrokredit”, "Muxax”, "Nihat”, "Qarabağ-2010”, "Şəmkir”, "Şəmkir Aqro”, "Zərqova”, "Ziya” kredit ittifaqlarına və öz müraciətləri əsasında "A.F.S” və "KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.

Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə "Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA