Dollarla bağlı kritik gün: FED-in qərarı bahalaşmaya səbəb ola bilər

img

14-06-2017 [11:51]


ABŞ-ın Federal Rezerv Sisteminin (FED) qarşıdan gələn toplantıda uçot dərəcələrinin artırılması və dolların bahalaşması gözlənilir.

Ekspertlərin 100%-ə yaxını bu qərardan əminlik ifadə ediblər. Lakin bundan sonra uçot dərəcələrinin faizinin artırımasının problemli olduğunu düşünür. Belə ki, ölkənin xarici borcu artıq 20 trilyon dolları keçib.

Bu gün açıqlanacaq qərarda FED son 7 ayda uçot dərəcələrini 7 ayda 3-cü dəfə artırmış olacaq.

Ekspertlərin fikrincə, Cannet Yelena FED-in rəhbəri kimi 2017-ci ilin sonuna qədər daha bir dəfə uçot dərəcələrini artıracaq, 2018-ci ildə isə bunu 3 dəfə edəcək və beləliklə, 2018-ci ilin sonu üçün federal fondlar üçün faiz dərəcəsi 2,1%-ə çatacaq.

FED ölkədə aşağı inflyasiya və işsizlik göstəricisinə arxalanaraq bu addımı atacaq.

modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA