Azərbaycan prezidenti Ukraynanın xarici izlər naziri Konstantin Qrizenkonu qəbul edib

img

19-07-2010 [05:23]


Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Konstantin Qrişenko Ukrayna prezidentinin salamlarını dövlət başçısına çatdırıb. O, Ukrayna prezidentinin bu yaxınlarda Azərbaycan prezidenti ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını bildirib. Konstantin Qrişenko qeyd edib ki, Ukrayna dövlət başçısı Azərbaycan ilə əlaqələrin inkişafına və ikitərəfli münasibətlərimizlə bağlı bütün məsələlərə böyük önəm verir və bu məsələləri daim diqqət mərkəzində saxlamağı tapşırır. Dövlət başçısı Azərbaycanın Ukrayna ilə münasibətlərə böyük əhəmiyyət verdiyini və bunun ölkəmiz üçün önəmli xarakter daşıdığını vurğulayıb. Azərbaycan prezidenti ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə əldə olunan müsbət nəticələrin gələcək inkişaf üçün yaxşı əsas yaratdığını qeyd edib, iqtisadi, sənaye, energetika və bütün digər sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb. Hazırkı mərhələdə münasibətlərimizin daha effektiv və dinamik xarakter daşımasının vacib olduğunu bildirən prezident İlham Əliyev Ukrayna xarici işlər nazirinin ölkəmizə səfərinin bu baxımdan önəmini vurğulayıb. Dövlət başçısı Ukrayna prezidenti Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukraynanın dövlət başçısına çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA