"Ali məktəblərə qəbul asan, bitirmək çətinləşdirilsin" - Deputat parlamentdə məsələ qaldırdı

img

13-06-2017 [14:26]


Milli Məclisin bu gün keçirilən iclasında deputat  Fazil Mustafa ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib.

Deputat deyib ki, xarici ölkələrdə ali məktəblərə qəbul prosesi çox sadədir.

"Amma ali məktəbləri bitirmək hər kəsə müyəssər olmur. Bizdə də ali məktəbə qəbul prosesi asanlaşdırılmalıdır. Ali məktəblərdə təhsil haqqını ödəyənlər, oxusunlar. Bununla xaricə də pul axını azala bilər. Ermənistanda 92508 tələbə var. Biz adambaşına düşən tələbələrin sayına görə geri qalırıq. Ölkədə elmlər doktorları azdır. Təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yox, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla ali məktəblərə hazırlıq kursları açılsın” – deyə, o, əlavə edib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA