"Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi..." - Spikerdən deputatlara irad

img

13-06-2017 [14:16]


Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Təhsil haqqında” qanunda dəyişiklik edilib.

Dəyişiklik layihəsinə əsasən, ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur.

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.

Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Bəzi deputatlar layihənin anlaşılmaz olduğunu qeyd ediblər.

Milli Məclisin spikeri Oqtay Əsədov isə bildirib ki, layihədə imtahansız universitetə qəbul qeyd olunmayıb:

"Layihədə qeyd olunub ki, hazırlıq qruplarında kurs keçənlər də həmişəki qayda ilə imtahan verəcəklər. Burada anlaşılmayan nə var? Qanun layihəsini diqqətlə oxusanız, bunu görərsiniz. Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi dərhal onun arxasında korrupsiyanın olduğunu düşünürük”.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA