Prezident ilham Əliyev ilin sonunda Ukraynaya gedəcək

img

19-07-2010 [03:45]


İlham Əliyev ilin sonunda Ukraynaya rəsmi səfər edəcək. Bunu Azərbaycanda səfərdə olan Ukraynanın xarici İşlər naziri Konstantin Qrişenko azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri brifinqdə deyib. Ukraynalı nazirin sözlərinə görə, Azərbaycan prezidentinin Ukraynaya səfərinə hazırlıq məsələlərini artıq həmkarı Elmar Məmmədyarovla müzakirə ediblər. Konstantin Qrişenko deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə səfəri zamanı Azərbaycan-Ukrayna Prezidentlər Şurasının 2-ci iclasının keçirilməsi planlaşdırılır. Şuranın ilk iclası ötən ilin aprelində Azərbaycanda keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA