"Mən azan səsi eşitmək istəmirəm" - Azərbaycanda təşkilat sədri

img

12-06-2017 [10:41]


Azərbaycanda QHT sədri hər kəsi təəcübləndirən fikirlər səsləndirib.

"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva sosial şəbəkədə azanla bağlı fikirlərini qeyd edib.

O deyib ki, gecə vaxtı azan səsi eşitmək istəmir: "Kim nə deyir desin, mən gecəyarı mikrofonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarım xəstə etməlidir ki? Uşaq yatızdırmaq asandır bəyəm?".

QHT sədrinin bu fikirləri birmənalı qarşılanmayıb. Bu statusu paylaşan bəzi şəxslər onu tənqid ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA