12-06-2017 [00:14]
Artıq neçə ildir Vəlvələ çayının vadisində yerləşən Qubanın ən qədim kəndlərindən hesab olunan Qonaqkənd sakinləri çayda suyun səviyyəsinin qalxması səbəbindən narahatçılıq keçirir.
Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun Mia.az-a verdiyi məlumata görə, son günlər bu təhlükə daha da artıb:
"Vəziyyət o qədər kritikləşib ki, son günlər yağan güclü yağış çayın səviyyəsi xeyli qalxıb, evlərin hasarlarına çatıb və hətta həyətyanı sahələrə dolub, xeyli sakinin bostanına ziyan dəyib, onlar mal-qaralarını çölə çıxara bilmirlər, çayın digər sahilinə keçməkdə çətinlik çəkirlər. Ən acınacaqlısı isə selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyandan daha çox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Kənd sakinləri bildirirlər ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, ciddi heç bir tədbir görülmür. Halbuki real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir".
Niyatulla Orucov bildirir ki, keçən il də sürüşmə nəticəsində keçmiş Atuş kəndinin ərazisində Vəlvələ çayının qabağı "boğulmuşdu" və çayın məcrası genişlənmiş , suyun da səviyyəsi qalxmışdı.
Onun sözlərinə görə, son zamanlar qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən dolayı səksəkə içindədir:
"Hər an faicə baş verə bilər, camaat su içində qala bilər. Çayın səviyyəsi artıq evlərə çatır. Elə ilk təhlükə zamanı, daha dəqiqi, keçən il sentyabr ayında mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqram vurdum. Onlar da teleqramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bir cavab məktubu gəldi. Hansı ki, bu cavabdan normal heç nə başa düşmək olmur".
Onun dediyinə görə, cavabdan ümumən belə başa düşmək olur ki, FHN hansısa tədbir görməyə tələsmir, daha doğrusu istəmir: "Halbuki, təhlükə vəziyyətində yaşayırıq və dedyim kimi hər an faciə baş verə bilər. Bu cür laqeyd cavaba görə biz təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halı, görünür, onların veclərinə deyil".
"Yerli bələdiyyəyə də, Quba Rayon İcra Hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Ancaq yerli orqanlar hər dəfə "məsələdən məlumatlıyıq" cavabını verir. Gəlib baxıblar da. Amma deyirlər, onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır", – deyə, N. Orucov vurğulayıb.
O, camaatın konret istəyini də çatdırıb: "Bizim istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz evimizdə rahat yaşaya bilək. Ya da bizi buradan köçürsünlər. Çünki bu vəziyyətdə, özü də hər gün, hər saat həyəcan içində yaşayırıq. Əgər bizim imkanımız olsaydı, özümüz nəsə bir tədbir görərdik, amma bizim belə imkanımız yoxdur. Allahın ümidinə qalmışıq".
N. Orucov bildirir ki, bir neçə gün bundan qabaq da o, məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədova teleqram vurub, amma hələ ki reaksiya yoxdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi