Mağazalarda yararsız ərzaq məhsulları azkar edilib (Siyahı)

img

19-07-2010 [03:30]


Bakıda və rayonlardakı mağazalarda yararsız qida məhsulları aşkar edilib. Saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı müəyyən olunub. Ümumi çəkisi 100 kiloqrama yaxın olan qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Bakının Xətai rayonunda X.Məmmədov küçəsi, 2944-cü məhəllədə yerləşən ?Neptun-3 market? Yasamal rayonunda Ə.Əhmədov və D.Bünyadzadə küçələrinin kəsişməsində Azər Şirinova məxsus mağaza Abşeron rayonunun Xırdalan şəhərində H.Əliyev prospektində yerləşən ?Nuru market?, ?Lider market?, ?Nihat market?, ?Mars market? və Sevindik Şahmarlıya məxsus mağaza; 28-ci məhəllədə yerləşən ?Ülvi market? Gəncə şəhərində Atatürk prospekti, 197 ünvanında yerləşən ?Sarvan market? Quba şəhərində Fətəlixan küçəsində Ramin Məmmədova məxsus mağaza Ucar şəhərində Azərbaycan küçəsində Famil Babayevə məxsus mağaza

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA