09-06-2017 [19:29]
ABŞ-ın "Kentucky Fried Chicken”, yaxud KFC fast food restoranları dünyanın bir çox ölkələrində olduğu kimi, 2010-cu ildən Bakıda da fəaliyyət göstərir.
Bu ticarət markasının Azərbaycandakı fəaliyyəti ilə bağlı mətbuatda bir-birini təkzib edən fikirlər səslənir.
Bəzi mətbu orqanlar KFC fast food restoranlarının ölkəmizə keçmiş oliqarxlar - ata-oğul Nəsib və Nizami Piriyevlər tərəfindən gətirildiyini iddia edirdi.
Hətta belə fikir var idi ki, Piriyevlərin dünyanın bir çox başqa MDB ölkələrində də KFC restoranları fəaliyyət göstərir.

Məsələn, bir neçə il əvvəl mətbuatda azərbaycanlı iş adamı Nəsib Priyevin Ukraynada yaratdığı "Ukrayna qida şirkəti” MMC-nin Kiyevdə ilk "Kentucky Fried Chicken” (KFC) restoranı açdığı haqda informasiya verilmişdi.
Bəzi mənbələr isə bu brendin Azərbaycana keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən gətirildiyini iddia edirdi.
Buna əsas kimi o göstərilirdi ki, KFC-ni Azərbaycana A.Məmmədovun rəhbərlik etdiyi "Garant Holding”ə məxsus AFK şirkəti gətirib. Elə KFC restoranlar şəbəkəsinin saytında da bu haqda qeyd olunur.

Amma bir neçə ay əvvəl Türkiyənin məşhur "Hürriyyət” qəzeti yazmışdı ki, KFC restoranları "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun oğluna məxsusdur.
Bu şirkətin Bakıdakı ən böyük restoranının 28 may metrosunun yaxınlığındakı "Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan binada yerləşməsi heç də təsadüf deyilmiş.

Qeyd olunur ki, PNN Group-un rəhbəri Nizami Piriyev "Beynəlxalq Bank işi” çərçivəsində həbs olunandan və Ziya Məmmədov nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırılandan sonra KFC restoranlar şəbəkəsi Cavid Qurbanovun nəzarətinə keçib. Hazırda bu şirkətə onun oğlu Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi vurğulanır.
Mənbə deyir ki, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışan Ş.Şəmşirli, paralel olaraq Türkiyədə böyük biznes şəbəkəsinə də rəhbərlik edir.
BakuPost.az yada salır ki, «Gilan Holding» şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib.
Onların arasında «AFK» MMC də var. Bu məlumatdan belə nəticə çıxarılıb ki, KFC restoranlar şəbəkəsi Məmmədovların əlindən alınaraq "Gilan holding”ə verilib. Amma araşdırmalarımız zamanı məlum olub ki, əslində "Gilan holding”in əvvəldən bu şəbəkədə payı var imiş.

Z.Məmmədovun vəzifəsindən gedişindən sonra KFC restoranlar şəbəkəsinin bu ailəyə məxsus hissəsi isə "Gilan”a deyil, məhz baş dəmiryolçu C.Qurbanovun oğlunun nəzarətinə keçib.
Bu dəqiqləşdirmə nəticəsində KFC-nin Məmmədovlara aid səhminin Ş.Şəmşirlinin kurasiyasına keçdiyinin ortaya çıxması "Hüriyyət”in aylar əvvəl yazdıqlarını təsdiqləyir.
Ümumiyyətlə, sabiq nazirin vəzifəsindən uzaqlaşdırılması ilə onun əlindəki bəzi sahələr C.Qurbanova verilib. Məsələn, Azərbaycan Voleybol Federasiyasına prezidentliyi də artıq Z.Məmmədov yox, C.Qurbanov edir...
bakipost.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi