Dövlət qulluğuna qəbulla bağlı yeni müsahibə qaydaları hazırlanıb

img

09-06-2017 [12:02]


"Dövlət qulluğuna qəbulla bağlı yeni müsahibə qaydaları hazırlanıb. Milli Məclisdə "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər qəbul edildikdən sonra həmin müsahibə qaydaları təsdiq olunacaq və biz dövlət qulluğuna qəbulu yeni müsahibə qaydaları əsasında həyata keçirəcəyik".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

B. Xəlilov qeyd edib ki, dövlət qulluğuna qəbulun test mərhələsində iştirak ödənişlidir: "Test imtahan mərhələsində iştirakın tarifləri Tarif Şurası tərəfindən təsdiq olunub. Müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA