Bakıda havanın temperaturu 38 dərəcə olacaq

img

19-07-2010 [12:24]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 19-da ölkə ərazisində hava gündüz əsasən yağmursuz keçəcək. Bakıda havanın temperaturu gündüz 35-37, gecə 23-25, Naxçıvanda gündüz 33-35, gecə 17-19, aran bölgəsində gündüz 35-37, gecə 24-26, dağlıq zonada gündüz 24-26, gecə 17-19 dərəcə təşkil edəcəkdir. İyulun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-27, gündüz 34-38 dərəcə isti olacaq. İyulun 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, şimal küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 35-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə təşkil edəcək. İyulun 20-21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 22-27, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA