09-06-2017 [10:03]
Şəki Qarışıq tipli Uşaq evində yaşayan Hüseynova Aysel Vasif qızının döyülərək işgəncə verilməsinə dair "Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla bağlı Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Şəki Regional Mərkəzinin əməkdaşları bu il iyunun 7-də Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparıb.
Qurumdan Mia.az-a verilən məlumata görə, həmin müəssisənin müdiri Məmmədova İlhamə Tofiq qızı bildirib ki, 24.04.1998-ci il təvəllüdlü Aysel Hüseynova 2007-ci ildən Şəki Qarışıq tipli Uşaq evində tərbiyə olunur və hazırda Peşə məktəbində təhsil alır. Bu müəssisəyə nənəsi tərəfindən gətirilib. Ayselin atası vəfat edib, anası isə Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2013-cü ildə valideynlik hüququndan məhrum edilib.
Eyni zamanda İ.Məmmədova qeyd edib ki, A.Hüseynovanın Uşaq evinin müəlliməsi Mirvari Əsgərova tərəfindən döyülərək işgəncə verilməsi barədə "Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla 03.06.2017-ci il tarixdə tanış olub.
Şəki Qarışıq tipli Uşaq evinin müəlliməsi Mirvari Əsgərova 1987-ci ildən burada tərbiyəçi müəllimə işlədiyini, onun tərəfindən A.Hüseynovaya qarşı heç vaxt hər hansı təzyiq və işgəncəyə yol verilmədiyini bildirib", - Ombudsman Aparatından əlavə olunub.
Qeyd olunub ki, araşdırma zamanı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən A.Hüseynova ilə konfidensial şəraitdə görüş keçirilib: "Görüş zamanı o, heç bir müəllimi tərəfindən işgəncəyə məruz qalmadığını, uşaq evinin müdiri və müəllimələri tərəfindən ona hər zaman qayğı ilə yanaşıldığını qeyd edib.
Həmçinin A.Hüseynova bildirib ki, 2016-cı ilin yay aylarında özünü Sahib Teymurov olaraq təqdim etmiş şəxs uşaq evinə gələrək onunla və digər uşaqlarla görüşüb, özünün də vaxtı ilə uşaq evində yaşadığını və uşaqlara köməklik etmək istədiyini söyləyib.
A.Hüseynova sonra bildirib ki, S.Teymurov başqa uşaqlardan kənarda onunla görüşərək dediklərini təkrarlayacağı halda ona 20 manat pul verəcəyini və aralarında olan söhbəti heç kimə deməyəcəyini vəd edib, bundan sonra S.Teymurovun dediklərini təkrarlayaraq müəlliməsi M.Əsgərova tərəfindən döyülərək işgəncəyə məruz qaldığını və özünü öldürmək istədiyini deyib, S.Teymurov bu zaman onun dediklərini video kameraya çəkib və ona 20 manat pul verib.
Araşdırma zamanı uşaq evində tərbiyə olunan digər şəxslərlə də konfidensial şəraitdə keçirilmiş görüş zamanı onlar Uşaq evinin müdiri və müəllimləri tərəfindən heç vaxt hər hansı təzyiq və işgəncəyə məruz qalmadıqlarını bildiriblər.
Araşdırmanın nəticələri ilə bağlı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq Aktlar tərtib edilib. Həmin aktlar A.Hüseynova və görüş keçirilmiş digər şəxslər tərəfindən imzalanıb.
Müəssisənin müdiri İ.Məmmədova uşaq evində tərbiyə olunan uşaqlara qarşı heç zaman işgəncəyə yol verilmədiyini, baş vermiş hadisə ilə əlaqədar 07.06.2017-ci il tarixdə Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi müraciət etdiyini söyləyib.
Şəki Şəhər Rayon Polis Şöbəsi İ.Məmmədovanın bu məsələ ilə bağlı ərizə ilə müraciət etdiyini təsdiqləyərək, müvafiq araşdırma aparıldığını bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi