"Azərbaycan Silahlı Qüvvələri əraziləri tam nəzarətdə saxlayırlar" - İcra başçısından erməni təxribatına reaksiya

img

08-06-2017 [23:19]


"Erməni hərbi birləşmələrinin Ağdam rayonunun işğal altında olan ərazilərində yanğın törətmələri adi haldır".

Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, ermənilər hər il yay mövsümündə işğal altındakı ərazilərə od vururlar:

"Bu, hər il təkrarlanır. İşğal altındakı ərazilərdə quru ot, kol-kosları hər il yandırıb sensasiya yaratmaq istəyirlər. Bu il də həmin əraziləri yandırırlar. Bizdə olan ərazilər tam nəzarət altındadır. Yanğının bizim nəzarətimiz altında olan ərazilərə, yaşayış məntəqələrinə keçmək təhlükəsi yoxdur. Azərbaycan Silahlı Qüvvələri əraziləri tam nəzarətdə saxlayırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA