Makrondan İlham Əliyevə məktub: "Bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək"

img

08-06-2017 [20:16]


Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı münasibətilə Sizə, eləcə də bütün Azərbaycan xalqına səmimiyyətlə ən xoş sülh, rifah və tərəqqi arzularımı çatdırıram.

Ötən dövr ərzində yüksək səviyyəli çoxsaylı görüşlər, xüsusilə də cari il martın 14-də Sizin Fransaya səfəriniz Fransa ilə Azərbaycan arasındakı əlaqələrin keyfiyyətini və dinamikliyini nümayiş etdirdi.

Sizin münasibətlərimizlə bağlı şəxsi mövqeyiniz mənə məlumdur və arzu edirəm ki, biz gələcəkdə bu münasibətlərin bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək.

Eyni zamanda, Sizi əmin edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaqdır.

Hörmətli cənab Prezident, Sizə olan çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA