ilham Əliyevin Gürcüstana səfəri baza çatıb

img

19-07-2010 [12:08]


Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb. Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Batumi hava limanında Gürcüstan prezidenti Mixail Saakaşvili və xanımı Sandra Elizabet Rulofs yola salıblar. İyulun 18-i axşam dövlətimizin başçısı vətənə dönüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan prezidenti İlham Əliyevi baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA