Göyçayda müəllim şagirdi döyüb xəsarət yetirdi: ""Dəlilik kağızı"m var, kimə istəyirsən, şikayət et"

img

08-06-2017 [14:07]


Göyçay 5 nömrəli orta məktəbin Aytəkin adlı tarix müəlliməsi 5 ci sinif şagirdini döyüb.

Mia.az xəbər verir ki, atasının Unikal.org-a verdiyi məlumata görə, tarix müəlliməsi onun qızı Xasməmmədli Aysunu nalayiq ifadələrlə təhqir etdikdən sonra döyərək xəsarət yetirib: 

"Hadisə bu gün səhər saat 11:00 radələrində baş verib. Şagirdlərin yanında söyüş və təhqirlərlə qışqıraraq öz üstünlüyünü nümayiş etdirib. Ailə üzvlərimiz bu gün etirazlarını bildirib şikayət edəcəklərini dedikdə müəllimə cavab verib ki, "Hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var". Anası uşağı tibbi ekspertizadan keçirməyə aparırlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA