Məhkəmə-Hüquq Şurası Ali kateqoriya dövlət orqanları sıyahısına əlavə edilir

img

08-06-2017 [12:07]


Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Ali kateqoriya dövlət orqanları sıyahısına əlavə edilir.

Bununla bağlı "Dövlət qulluğu haqqında” qanunun 8-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) dəyişiklik nəzərdə tutulub.

Belə ki, qanunun 8.1.1 əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitutsiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikası qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikası Milli Məclisi, Ali konstitutsiya ədalət mühakiməsi səlahiyyətlərinin həyata keçirən Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icrasına aid edilən ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası (Ali kateqoriya dövlət orqanları ) sıyahısına əlavə edilir.

Hazırkı qanunvericiliyə əsasən isə əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitutsiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikası qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikası Milli Məclisi, Ali konstitutsiya ədalət mühakiməsi səlahiyyətlərinin həyata keçirən Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icrasına aid edilən ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları ) siyahısına daxildir.

Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA