Uşaq evində qıza işgəncə verilib - Ombudsman hadisə yerində+ Video

img

07-06-2017 [22:46]


Şəki Qarışıq Tipli Uşaq Evində 18 yaşlı qıza işgəncə verilib.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə "Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov video yayımlayıb. Videogörüntüdə müsahibə verən Aysel ona işgəncə verildiyini deyib:

"Çox sıxırlar, ora getmə, bura getmə, işgəncə verirlər. Döyürlər bizi. Çubuqla başımıza, taxta ilə belimizə vururlar. Bizi burada çox incidirlər. O qədər döymüşdülər ki, özümü asmaq istədim. Neynəyim, həyatdan bezirdim. Ürəyimdə fikirləşirəm ki, kimsəsizəm, valideynim olsaydı, heç kəs mənə belə etməzdi”.

Məsələ ilə bağlı Şəki Qarışıq Tipli Uşaq Evinin direktor müavini açıqlamasında bildirib ki, hazrda Ombudsman uşaq evindədir və o, rəhbərliklə görüşür:

"Videogörüntü ilə bağlı bütün suallara ancaq direktor cavab verir. Onun da yanında Ombudsman olduğundan telefonu götürə bilmir.”




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA