Tehranda 3-cü terrora cəhdin qarşısı alınıb, terrorçu zərərsizləşdirilib - İran DİN-dən açıqlama

img

07-06-2017 [15:43]


İranın paytaxtı Tehranda bu gün baş verən iki ardıcıl teraktdan sonra 3-cü terrora da cəhd edilib.

Mia.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama verib.

Nazirliyin rəsmi məlumatına görə, 3-cü terror hadisəsinin baş verməsinin qarşısı alınıb, terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, bu gün "İŞİD” terror qruplaşmasının öz üzərinə götürdüyü İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən terror hücumunda ölənlərin sayı 12-yə çatıb, 39 nəfər yaralanıb. 4 terrorçu isə məhv edilib

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA