07-06-2017 [15:12]
Bir qrup Zığ sakini yerli bələdiyyədən şikayətçidir.
Onlar bununla bağlı Moderator.az vasitəsi ilə dərdlərini bölüşüb, aidiyyatı quurmlardan kömək isəyiblər:
"Hörmətli redaksiya!
Biz uzun müddətdir Zığ Bələdiyyəsinin ərazisində yaşayırıq. Bəzilərimiz evliyik və hələ də ata evində yaşayırıq. Bəzilərimiz isə subayıq və ailə həyatı qurmaq niyyətindəyik. Özümüzə ev inşa etmək üçün torpaq sahəsinə zəruri ehtiyacımız var.
Bu məqsədlə bizə torpaq sahəsi ayrılması üçün Suraxanı rayonu Zığ Bələdiyyəsinə müraciət etsək də, Bələdiyyənin balansında boş torpaq sahəsi olmaması əsas gətirilərək müraciətlərimizdən imtina edilir və bizə torpaq sahəsi ayrılmır.
Halbuki, Suraxanı rayonu Zığ Bələdiyyəsinə məxsus 7,2 ha torpaq sahəsi uzun müddətdir ki, "Araz-İnşaat LTD” MMC tərəfindən qanunsuz olaraq zəbt edilmiş, hasarlanmış və istifadə edilməkdədir.
Dəfələrlə müraciət etsək də, Zığ Bələdiyyəsi, mülkiyyətində olan və "Araz-İnşaat LTD” MMC tərəfindən qanunsuz olaraq zəbt edilmiş həmin torpaq sahəsini sonuncunun qanunsuz sahibliyindən geri tələb etmir.
Əgər Bələdiyyə öz vəzifələrini yerinə yetirərək, qeyd edilən torpaq sahəsini "Araz-İnşaat LTD” MMC-nin qanunsuz sahibliyindən geri tələb edərsə, nəinki biz, eyni zamanda, Zığ ərazisində yaşayan və bu gün də zəruri torpaq sahəsinə ehtiyacı olan onlarla vətəndaşımızın hüquqları bərpa olunar, əhalinin rifahı dəfələrlə yaxşılaşar.
Biz, Azərbaycan Respublikasının vətəndaşı və Zığ sakinləri kimi, yaşadığımız ərazidən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi əldə etmək hüququna malikik.
Lakin Bələdiyyə bizim bu hüquqlarımızı təmin etmək məqsədi ilə, qanunsuz olaraq zəbt edilmiş torpaq sahələrini qanunsuz sahiblikdən azad edərək bizə satmaq niyyətində deyil.
Bələdiyyənin fəaliyyətsizliyindən qaynaqlanan bu qanunsuz əməli, bizim Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarımızı pozur və başqalarının qanunsuz hərəkətlərinə, hansısa şəxsi mənafeləri naminə, göz yumur.
Mövcud problemin Zığ Bələdiyyəsi ilə aramızda həlli mümkün olmadığına və Bələdiyyənin öz qanunsuz əməllərinə davam etməkdə israrlı olduğuna görə, hazırki ərizə ilə Sizə müraciət etməyə məcbur olmuşuq.
Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı keçirilmiş sonuncu referendumda Konstitusiyanın 29-cu maddəsinə VI hissə kimi edilmiş əlavəni müxalifətdən ibarət kütlə heç də xoş qarşılamadı. Bunu isə belə əsaslandırmağa çalışdılar ki, guya həmin hissə, gələcəkdə istənilən şəxsin əmlakının əvəzsiz olaraq əlindən alınmasına xidmət edəcək.
Halbuki, qeyd edilən əlavə vasitəsilə, dövlətimiz məhz bələdiyyələrin və sair orqanların balansında olan torpaq sahələrindən daha səmərəli istifadə edilməsi üçün, eləcə də sosial ədalətdə balans yaradılması məqsədi ilə mülkiyyət hüquqlarının qanunla məhdudlaşdırılmasını nəzərdə tutmuşdur.
Yəni, indiki halda Zığ Bələdiyyəsi öz mülkiyyətində olan torpaqlardan səmərəli istifadə etmirsə, dövlət həmin torpaqların daha səmərəli istifadə edilməsi və sosial ədalətin bərqərar edilməsi naminə, səmərəli istifadə edilməyən torpaqları həmin torpaqlara zəruri ehtiyacı olan şəxslərin qanuni sahibliyinə və istifadəsinə verilməsini təmin edə bilər.
Qeyd edilən problemin həlli məqsədi ilə məsələni ictimailəşdirməyinizi və diqqətdə saxlamağınızı Sizdən xahiş edirik.
Ərizəçilər:
1. Fərəcov Mübariz Mail oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, İ.Süleymanov küç., ev-23
2. Baxışov Sənan Azər oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, S.Həmidov küç., ev-58
3. Baxışov İmaməddin Rövşən oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, S.Həmidov küç., ev-58
4. Şixəliyev Muxtar Şixəli oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, İ.Süleymanov küç., ev-76
5. Şixəliyev Vüsal Muxtar oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, İ.Süleymanov küç., ev-76
6. Səfərov Əzizağa Səfər oğlu
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, H.Aslanov küç., ev-35
7. Fərəcova Təranə Səfər qızı
Ünvanı: Bakı şəh., Suraxanı r-n, Zığ qəsəbəsi, İ.Süleymanov küç., ev-21
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi