Elmar Məmmədayarov: ?Nalbandyanla nəticəsiz görüzümüz oldu?

img

17-07-2010 [05:50]


"Ermənistanın xarici işlər naziri ilə görüşdə irəliləyiş əldə edilməyib". Bunu Qazaxıstanın Almatı şəhərində Ermənistanın xarici işlər naziri Edvard Nalbanyanla görüşündən sonra mətbuata açıqalama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Məməmdyarov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündən sonra erməni həmkarı Nalbandyanla aralarında olan müzakirələrə dair açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan son anda problem yaradıb: ?Anlaşma hazırdır. Ancaq erməni tərəfi Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmağı qəbul etmədi?. Xatırladaq ki, Qazaxıstana səfəri öncəsində Bakıda jurnalistlərin suallarını cavablandıran Məmmədyarov ATƏT-in Xİn rəhbərlərinin görüşü çərçivəsində erməni həmkarı Nalbandyanla görüşəcəyini demişdi. Nazir görüşdə əsasən Laçın və Kəlbəcər rayonları ilə bağlı məqamı müzakirə edəcəklərini, bu rayonların saziş imzalandıqdan sonrakı 5 il ərzində Azərbaycana veriləcəyinə dair razılıq əldə ediləcəyinə ümidini ifadə etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA