07-06-2017 [13:35]
Ərazinin tikinti-planlaşdırma eskizləri ilə bərabər, inşa ediləcək binaların memarlıq-planlaşdırma bölmələri də hazırlanır ki, mərtəbəliliyinə, tikinti sıxlığına görə bəzən bu sənədlərdə uyğunsuzluqlar olur.
Tikinti işləri gedən 45 obyektin sahəsinin planlaşma həlli üçün 60 hektar ərazi nəzərdə tutulmuşdur ki, tikintisi başa çatdıqdan sonra burada yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları, mühəndis kommunikasiyaları və qurğuları ilə təmin olunmuş, abadlaşdırılmış həyəti olan yaşayış kompleksləri yaranmalıdır.
Məlum olduğu kimi Komitənin Kollegiyasının 13 yanvar 2017-ci il tarixli qərarı ilə ərazidən istifadə intensivliyini xarakterize edən tikinti sıxlığı və tikinti faizinin tövsiyə olunan göstəriciləri təsdiq olunmuşdur. Yerli İcra Hakimiyyəti orqanları və layihəçilər məhz bu göstəricilərə əsaslanmalıdırlar.
Tikinti sıxlığı - yaşayış binasının xarici divar konturları ilə yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir (m2/ha) və 1 hektar ərazi vahidinə 25000 m2 ümumi sahə kimi normallaşdırılır. Bu göstəriciyə əsasən 1 hektar ərazidə təxmini olaraq 14-17 mərtəbəli üç yaşayış binası və ya 3 girişli bir bina; 10-13 mərtəbəli 2 girişli iki yaşayış binası; 8-10 mərtəbəli 2 girişli üç yaşayış binalarının yerləşdirilməsi anlamına gəlir. Eyni zamanda, 1 hektar ərazi vahidinə düşən yaşayış binalarının tikinti altı sahəsi birinci halda - 1500 m2; ikinci halda- 2000 m2; üçüncü halda-2500 m2 təşkil etməlidir.
Bəzi hallarda, eyni tikinti sıxlığı halında tikinti altı sahəsi iki dəfə çox olmaqla altı ədəd 10 mərtəbəli yaşayış binasının yerləşdirilməsi mümkün olduğu halda əvəzinə nöqtəvarı tikinti kimi üç 16 mərtəbəli binanın tikintisinə üstünlük verilməsi təəccüb doğurur.
Qeyd etmək lazımdır ki, müvafiq ədəbiyyatlarda yüksəkmərtəbəli yaşayış binalarının sakinlərinin diskomfortluğu haqqında bir sıra nümunələr vardır. Məsələn, əhalinin yüksək sıxlığı onların davranışına, komfortluğuna və ərazinin ictimai mühitinə də mənfi təsir göstərir.
Eyni zamanda, 1 ha ərazi vahidində 10 mərtəbəli binaların tikintisinin maya dəyərinin daha yüksək mərtəbəli binaların tikintisinə nisbətən 10%-ə qədər az olması, yaşayış binalarının isə daha az müddətlərdə mərhələli şəkildə istifadəyə verilməsi kimi üstünlükləri də məlumdur.
Rayonların baş memarları fəaliyyətlərində layihə tapşırığının mükəmməl işlənilməsini, o cümlədən planlaşdırma sənədlərinin ərazi sərhədlərinin 5 ha-a qədər olmasını; torpaqdan istifadənin şəhərsalma planının, tikinti üçün ayrılmış 1 ha-dan az olmayan torpaq sahəsinin, sökülən və layihələndirilən yaşayış sahəsi haqqında müvafiq dürüst məlumatların təqdim olunmasını təmin etməlidirlər.
Tikinti üçün ayrılan minimum 1 ha ərazi üçün mərtəbəliliyin reqlamenti layihələndirmədən öncə müəyyən olunmalı, hazırlanan tikinti-planlaşdırma eskizləri tikinti sıxlığı və tikinti əmsalı normaları gözlənilməklə məhz 1 ha-dan az olmayan ərazi üçün nəzərdə tutulması önəmli olmalıdır. Təəssüf ki, bu gün şəhərsalma norma və qaydalarına uyğun olmayan ərazi planlaşdırma sənədlərinin və binaların müvafiq memarlıq-planlaşdırma bölmələrinin işlənilməsinə rast gəlinir ki, Komitə tərəfindən onlarla belə layihə yenidən işlənməsi üçün geri qaytarılmışdır”.
Modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi