Ukrayna xarici izlər naziri Azərbaycana gəlir

img

17-07-2010 [02:57]


İyulun 19-da Ukrayna Respublikasının xarici işlər naziri Konstantin Qrişenkonun Azərbaycan Respublikasına rəsmi səfəri nəzərdə tutulub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, səfər proqramı çərçivəsində Konstantin Qrişenkonun baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb. Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. Səfər çərçivəsində Konstantin Qrişenko iyulun 19-da saat 16:25-də Azadlıq prospekti ilə Bakıxanov prospektinin kəsişməsində yerləşən Taras Şevçenkonun abidəsini ziyarət edəcək və Ukrayna diasporunun nümayəndələri ilə görüş keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA