IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib

img

17-07-2010 [01:34]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. Qəbul imtahanları Bakı şəhərində 27, Naxçıvan şəhərində 3 binada aparılıb. Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərindən 1034 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 107 imtahan rəhbəri cəlb olunub. IV qrup üzrə 15348 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 14173 nəfəri Azərbaycan bölməsinin, 1175 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7118 nəfərini oğlanlar, 8230 nəfərini isə qızlar təşkil edir. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 86 abituriyent xarici ölkələrin vətəndaşıdır. 59 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 458 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA