?Azərikimya? istehsalat Birliyinin müəssisələrində təhlükəsizlik tədbirləri həyata keçirilir

img

17-07-2010 [12:55]


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ?Azərikimya? İstehsalat Birliyinin (İB) müəssisələrində texnoloji qurğu və avadanlığın əsaslı təmirindən sonra onların təhlükəsiz istismarını, normal işini, yüksək məhsuldarlığını, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Təmirə cəlb olunmuş 60-dan artıq briqadanın bütün işçiləri təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılmış, təmir işlərinə isə bütün təhlükəsizlik tədbirləri həyata keçirildikdən sonra başlanılıb. Şirkətdən verilən məlumata görə, İB ARDNŞ-in strukturuna daxil edildikdən sonra qısa müddətdə mindən artıq qoruyucu dəbilqə, 2 min 300 dəst fəhlə geyimi, min cüt ayaqqabı, qaynaqçılar üçün xüsusi geyim dəstləri və rezin çəkmələr alınaraq əməkçilərə paylanmışdır. Yüksəklikdə işləyən fəhlələr qoruyucu kəmər və digər mühafizə vasitələri ilə təmin olunmuş, onların hər biri tibbi və psixoloji müayinədən keçirilib. Hazırda Etilen-polietilen zavodunda köhnəlmiş və istifadəyə yararsız avadanlığın yenisi ilə əvəz edilməsi yerinə yetirilir. Xüsusi təhlükəsizliyi təmin etmək üçün boru xətlərinin, arakəsmələrin təcrid olunmasına başlanılmış, aşınmaya uğramış xidmət meydançaları və pilləkənlər təmir edilmişdir. Gələcəkdə atmosferə və su sisteminə karbohidrogen qazlarının və zərərli maddələrin düşməməsi üçün 15 istilikdəyişdiricinin yeniləri ilə əvəz olunması, digərlərinin isə əsaslı təmiri nəzərdə tutulub. 120 metr hündürlüyündə olan məşəl qurğusunun əsaslı təmirindən və başlığının dəyişdirilməsindən sonra tullantı qazların tüstüsüz yanması təmin ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA